İran vurulan təyyarənin qara qutusunu Ukraynaya göndərəcək
İran yanvarın 8-də Tehranda vurulan “Boeing 737” tipli sərnişin təyyarəsinin qara qutusunu Ukraynaya göndərəcək.
APA-nın "TRT Haber"ə istinadən məlumatına görə, İran Mülki Aviasiya Agentliyi Qəza İdarəsinin baş direktoru Həsən Rızayifer Tehranda vurulan təyyarənin Ukraynaya göndəriləcəyini açıqlayıb.
Ukraynadan hadisəni öyrənmək üçün gələn mütəxəssislərlə görüşdüyünü bildirən Rızayifer təyyarənin qara qutusunun İranda oxunmayacağını deyib. O qeyd edib ki, qara qutu ukraynalıların istəyi ilə həmin ölkəyə göndəriləcək
Baş direktor qara qutunun əvvəlcə Fransa, Kanada və ABŞ mütəxəssislərinin köməyi ilə analiz ediləcəyinə qərar verildiyini qeyd edib. Onun sözlərinə görə, əgər bu zaman uğur əldə edilməsə, qara qutu Fransaya göndəriləcək.
Qeyd edək ki, İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı tәyyarәnin sәhvәn vurulduğu ilə bağlı bəyanat yayıblar. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib.
Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.
Karabakh Today