• Atabəylərin sikkəsi tapıldı: üstünəki yazı..

Karabakh Today Kult.az-a istinadən xəbər verir ki, dirhəm və fəlslərdən ibarət qədim sikkələr təsərrüfat işləri zamanı təsadüfən aşkar olunub və metaltoplama məntəqələrinə təhvil verilib.

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Arxeologiya şöbəsinin müdiri Mais Cəfərov metal əşyalar qəbul olunan məntəqədə bu pulları təsadüfən tapdıqlarını deyib və mis sikkələrin Atabəylər dövrünə aid olduğunu bildirib:

“Dirhəmlərin üzərində “La ilahə iləllah, Muhəmmədən rəsulallah” və 4 rəşidi xəlifənin adı qeyd olunub. Arxa tərəfində isə zərb olunan il, şəhərin və Atabəy Eldəgəzin adları həkk olunub. Bu onu sübut edir ki, sikkələr Atabəylər dövlətinə məxsusdur”.

Qeyd edək ki, 2013-cü ildə cənub bölgəsində aşkarlanan Kirman Atabəylərinin qızıl sikkələri hazırda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika şöbəsində saxlanılır.

Karabakh Today