• Qaçqınkomda yeni "İctimai Şura" ictimaiyyətsiz yaradılıb - VİDEO

"Reaksiya Media Group"a daxil olan ReaksiyaTV internet televiziyasının efirində "Bizim reaksiya" verlişində jurnalist Zaur Qəriboğlu maraqlı bir faktın üstünü açıb. Verlişdə jurnalist Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yeni yaradılan İctimai Şura haqqında danışarkən, məlum olub ki,ötən ilin son ayının 30 - da Sumqayıtda qaçqın və məcburi köçkünlərlə görüşən İctimai Şura seçkisiz, ictimaiyyətin xəbəri olmadan yaradılıb. Belə ki, Şura üzvlərinin adları bəlli olmasa da, rəhbəri, Komitə sədri Rövşən Rzayevə xüsusi yaxınlığı ilə seçilən "Parlament Jurnalistləri Birliyi"nin sədri Elşad Eyvazlıdır. Jurnalist Zaur Qəriboğlunun ictimaiyyətsiz yaradılan İctimai Şura haqqında danışdığı verlişin video keçidini təqdim edirik.

Karabakh.Today


Mənbə ReaksiyaTV.com