• Sergey Lavrovdan diqqətçəkən Qarabağ bəyanatı: Tərəflər arasında yeni təmaslar hazırlanır

Minsk Qrupunun həmsədrləri və ATƏT, yalnız Azərbaycan ilə Ermənistan tərəfi arasında dialoq üçün şəraitin yaradılmasına kömək edə bilər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada öz slovakiyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

"Biz fəaliyyətdə olan sədrin belə əhval-ruhiyyəsinə görə minnətdarıq. Rusiya, ABŞ və Fransadan olan həmsədrlər sıx şəkildə əlaqədədirlər. Onlar artıq Ermənistan və Azərbaycan liderləri, xarici işlər nazirləri ilə görüşüblər, yeni təmaslar hazırlanır" - Rusiya XİN rəhbəri bildirib.

"Ermənistanda yeni hökumət bu yaxınlarda qurulub. Təbii ki, bu mərhələdə prosesləri nə qədər dərin inkişaf etdirmək, nə qədər intensivləşdirməyi anlamaq üçün əlavə bir qədər də vaxt lazım olacaq" - deyə Lavrov vurğulayıb.

O, əlavə edib ki, Minsk Qrupunun həmsədrləri və ATƏT yalnız Azərbaycan və Ermənistan tərəfi arasında dialoq üçün şəraitin yaradılmasına kömək edə bilər: "Qərarlar tərəflər arasında birbaşa danışıqlar əsasında, birbaşa görüşlər zamanı qəbul edilməlidir".(sputnik)


Karabakh Today