Elmar Məmmədyarov: "Sərhədlərin və ərazi bütövlüyünün qorunması Azərbaycanın xarici siyasətinin əsasını təşkil edir"
"Azərbaycanın xarici siyasətinin əsasını sərhədlərin və ərazi bütövlüyünün qorunması təşkil edir".
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi" münasibətilə keçirilən konfransda bildirib.
"Jurnalistlər məndən tez-tez Azərbaycanın xarici siyasətinin əsas prioritetləri barədə soruşurlar. Demək istərdim ki, bu, həmişə müstəqilliyin möhkəmləndirilməsi, eləcə də sərhədlərin və ərazi bütövlüyünün qorunması olub".
Karabakh Today