• Rusiyanın hərbi gücü ABŞ-a çatır - Danford

ABŞ-ın adi silahlar baxımından Rusiya və Çin qarşısında üstünlüyü artıq əvvəlki kimi çox deyil.

Axar.az xəbər verir ki, bunu Fletçer adına Sülh və Diplomatiya Məktəbində çıxışı zamanı ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford söyləyib.

“Bizim üstünlüyümüz son 10-15 il ərzində eroziyaya məruz qalıb. Moskva və Pekin öz resurslarını daha çox radioelektron mübarizəyə, kiberimkanların genişləndirməsinə, peyklərlə mübarizəyə, gəmi əleyhinə qanadlı və ballistik raketlərin təkmilləşdirilməsinə yönəldirlər. Bununla Çin və Rusiya Vaşinqtonun Sakit okean regionu və Avropada gücünü zəiflətmək və onun müttəfiqləri üzərində öhdəliklərini icra etməyə maneə yaratmaq istəyirlər. Onlar bizim 1990-cı ildən bəri apardığımız hərbi əməliyyatları dəyərləndirərək, Amerikanın adi silahlanmadakı üstünlüyünə qarşı müqavimət göstərə biləcək vasitələrin inkişafına yatırımlar edirlər. Rusiya nə ABŞ, nə də NATO ilə savaşmaq istəyir. Moskva sadəcə iqtisadi, siyasi metodlarla, eləcə də kiber əməliyyatlar və hərbi potensialından istifadə edərək, öz maraqlarını qoruyur. Bizə dinc şəraitdə kiberəməliyyatların keçirilməsi qadağan olunub, amma onlarda belə məhdudiyyət yoxdur”, – deyə o bildirib.