• Respublika xəstəxanasında cəzasızlıq hökm sürür - Həkim Firəngiz Hacıyeva kimin adamıdır?! - Bizim reaksiya - VİDEO

Zaur Qəriboğlu ötən verilişində Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Laboratoriya şöbə müdiri Firəngiz Hacıyevanın rüşvət tələbi və kobud rəftarıyla bağlı ölkənin birinci vitse - prezidenti Mehriban xanım Əliyevaya və Səhiyyə naziri Oktay Şirəliyevə müraciət etmişdi. Lakin, hələ də bu həkim haqqında tədbir görülməyib. Veriliş efirə getdikdən sonra Respublika Klinik Xəstəxanasından çoxsaylı həkim, tibb bacısı da televiziyaya zəng edərək, Firəngiz Hacıyevanın xəstəxanada heç kimi saymaması və özbaşınalıqları haqqında daha ətraflı məlumat veriblər. Bunlardan biri Ak. M.C.Cavadzadə adına RKUX laboratoriyasının müdiri Mehin Məmmədova Səhiyyə nazirinin adına olan məktubu televiziyaya təqdim edib.

Verilişin video keçidini təqdim edirik.

Karabakh Today